Lövdən Kloppa cavab

Lövdən Kloppa cavab
DÜNYA FUTBOLU 10 Oktyabr 2018 / 10:14 3304
-  A +

Almaniya millisinin baş məşqçisi Yoahim Löv "Liverpul"un çalışdırıcısı Yurgen Kloppun Millətlər Liqasını mənasiz turnir adlandırmasına münasibət bildirib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bununla bağlı o deyib: "Yığmaların oyunları ilə əlaqədar liqalarda yaranan fasilə bəzi məşqçilərin xoşuna gəlmir. "Liverpul", "Bavariya" və ya "Mançester Siti"nin çox oyunçusu milli komandaların düşərgəsinə gedirlər. Bu zaman klub məşqçiləri futbolçularla normal işləyə bilmirlər.

Mənim üçün Millətlər Liqası turnirinin keçirilməsi yaxşı fikirdir. Çünki burada ən yaxşı yığmalara qarşı oynamaq imkanımız olur. Cırtdan dövlətlərin komandası ilə yoxlama matçı keçirməkdənsə, bu turnir daha  yaxşıdır".


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın