Anri "Monako"da?

Anri "Monako"da?
DÜNYA FUTBOLU 9 Oktyabr 2018 / 20:46 3353
-  A +

Fransa millisinin sabiq üzvü Tyerri Anri "Monako"nu çalışdıra bilər.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, knyazlıq klubunun rəhbərliyi hazırkı baş məşqçi Leonardo Jardimi bu həftənin sonuna kimi istefaya göndərməyi və bu vəzifəyə T.Anrini gətirməyi planlaşdırır. Artıq fransalı mütəxəssislə danışıqların başlanıldığı bildirilib.

Qeyd edək ki, T.Anri hazırda Belçika millisinin baş məşqçi Roberto Martinesin köməkçisi vəzifəsində çalışır.

Xatırladaq ki, "Monako" Fransa Liqasında 9 turdan sonra cəmi 6 xalla 18-ci pillədə qərarlaşıb.


Son xəbərlər