Millimiz dünya çempionatının iştirakçısı ilə “sülh”ə razılaşdı (YENİLƏNİB)

Millimiz dünya çempionatının iştirakçısı ilə “sülh”ə razılaşdı (YENİLƏNİB)
ÖLKƏ FUTBOLU 2 İyun 2010 / 23:24 3648
-  A +

Bu gün Azərbaycan millisi Avstriya toplanışı çərçivəsində son yoldaşlıq oyununa çıxıb. Qol.Az-ın məlumatına görə, Berti Foqtsun çalışdırdığı komandamız bu dəfə Honduras millisini sınağa çəkib. Buna qədər Avstriyada Moldova ilə heç-heçə edən (1:1), Makedoniyaya uduzan (1:3) komandamızın bu dəfəki rəqibi daha güclü - DÇ-2010-nu iştirakçısı Honduras millisiydi. İlk hissəsi qolsuz heç-heçə ilə başa çatan qarşılaşmanın gedişində rəqibi ilə başa-baş mübarizə aparan təmsilçimiz fasilədən sonra azlıqda qalıb. Lakin 74-cü dəqiqədə meydandan qovulan Saşa Yunisoğlunun komandamızı azlıqda qoymasına baxmayaraq, millimiz güclü rəqibi ilə sonadək mübarizə aparıb, qolsuz heç-heçə etməyi bacarıb.
Qeyd edək ki, Bakı vaxtilə saat 21:30-da start götürən yığmamızın oyunu Qol.Az vasitəsilə canlı yayımlanıb.

 

Yoldaşlıq oyunu
Saat 21:30. Azərbaycan – Honduras 0:0

Hakimlər: RONALD BRANDNER, Oliver Draxtat, Andeas Rothmann, Louis Hoffmann.
Avstriya. Sel-am-Zi şəhər stadionu.

Azərbaycan: 23. Səlahət Ağayev, 14. Rəşad Sadıqov (k), 3. Saşa Yunisoğlu, 5. Elnur Allahverdiyev, 18. Maksim Medvedev, 9. Samir Abbasov, 16. Amit Quluzadə (8. Aleksandr Çertoqanov, 67), 10. Elvin Məmmədov (22. Ruslan Əmircanov, 76), 4. Mahir Şükürov, 17. Vüqar Nadirov (25. Cavid Hüseynov, 46), 11. Rauf Əliyev (20. Fabio Luis Ramim, 46). 
Baş məşqçi: Berti Foqts.

Honduras: 1. Rikardo Kanales, 23. Serjio Mendoza, 17. Edqar Alvares (25. Oscar Qarsia, 77), 21. Emilio İzaquirre, 20. Amado Quevera (6. Hendri Tomas, 46), 8. Vilson Palasios (13. Roger Espinoza, 46), 7. Ramon Nunyes, 5. Viktor Bernades, 3. Maynor Fiqueroa (2. Osman Çaves, 46), 11. Julio de Leon Sezar, 10. David Suazo (9. Karlos Alberto Pavon 68).
Baş məşqçi: Reynaldo Rueda.

* Foqts Hondurasla oyuna start heyətində gözlənilənlərin əksinə qapını Kamran Ağayevin əsas əvəzləyicisi olan Fərhad Vəliyevə də tapşırmayıb. Belə ki, yığmamızın mundilal iştirakçısı ilə görüşdə qapısını Səlahət Ağayev qoruyacaq. Bununla da 20 yaşlı qapıçı milli komandamızda debüt edir. Müdafiənin mərkəzində kapitan Rəşad Sadıqovla Ruslan Abışov yox, Saşa Yunisoğlu duet təşkil edir. Bununla da Yunisoğlu Avstriyada ilk dəfə meydana çıxib. Müdafiənin col və sağ cinahları müvafiq olaraq Elnur Allahverdiyevlə Maksim Medvedevə tapşırılıb. Aleksandr Çertoqanov Avstriyada ilk dəfə əsas heyətdən kənarda qalıb. Onu dayaq yarımmüdafiəçisi mövqeyində əvəzləyən Samir Abbasov Amit Quluzadə, Elvin Məmmədov və Mahir Şükürovla birgə orta sahədə mübarizə aparır. Hücumda Rauf Əliyevlə Vüqar Nadirov yer alıb. Vüqar ilk dəfə Avstriyada yoxlama oyununda iştirak edir.

Matç başladı

6. David Suazo komandamızın qapısına yol tapsa da, hakim oyundankənar vəziyyət qeydə alır

Mundial iştirakçıları daha fəal görünür

Moldova və Makedoniya ilə oyunlarda olduğu kimi bu görüş zamanı da Avstriyada yağış yağır və bu, oyunun daha sürətli alınmasına mane olur

13. Rəqib komandanın heyətində Fiqueroa kobud oyuna görə sarı vərəqə ilə cəzalanır

15. Qapımız qarşısında ilk real qol vəziyyəti. Gənc qapıçı Səlahət və müdafiəçilərimiz son anda qapımıza qol vurulmasına imkan vermirlər

22. Raufun timsalında millimizin ilk hücumu rəqib qapıçının səhvsiz oyunu sayəsində bəhrəsiz qaldı

30. Suazonun cərimə zərbəsindən vuruşu nəticəsində top qapıdan azca yan keçdi

35. Raufun baş zərbəsi qapıdan yan keçir

41. Millimizin əks-hücumu zamanı Elvinin həlledici zərbəsində azca dəqiqlik çatmadı. Halbuki o, hesabı açmağa çox yaxın idi

İlk hissə qolsuz heç-heçə ilə başa çatdı

İkinci hissə start götürdü

Fasilədə Berti Foqts iki dəyişikliyə əl atıb. O, Fabio Luis Ramimlə Cavid Hüseynovu meydana buraxdı. Rəqib baş məşqçi isə 3 dəyişikliklə başladı

48. Rəqib komandanın heyətində Bernandes də kobud oyuna görə sarı vərəqə ilə cəzalanır

53. Elnur Allahverdiyev də sarı vərəqə ilə cəzalandı

58. Samir Abbasov da hakimin qəzəbinə tuş gəlir və sarı vərəqə alır

60. Amit Quluzadə də sarı vərəqə aldı

62. Komandamızın təhlükəli hücumu baş tutdu. Lakin Ramim üz-üzə qaldığı qapıçını da keçməsinə rəğmən, müvazinətini saxlaya bilməyib, yerə yıxıldı

67. Amit Quluzadəni Aleksandr Çertoqanov əvəzlədi

74. Saşa Yunisoğlu rəqib futbolçunun qarşısını kobudluqla aldığına görə birbaşa qırmızı vərəqə ilə cəzalanır

76. Elvin Məmmədovun əvəzində meydana Ruslan Əmircanov çıxır

81. Komandamız azlıqda qalsa da hücumlarını davam etdirir. Mahir rəqibi gözəl əks-hücumda yaxalasa da, daha ideal mövqedə olan Ramimə ötürmə etmək əvəzində zərbə endirdi ki, dəqiq olmadı

Matç başa çatdı

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı