Maltanın baş məşqçisi millimiz haqda - "Bizi çətin oyun gözləyir"

Maltanın baş məşqçisi millimiz haqda - "Bizi çətin oyun gözləyir"
ÖLKƏ FUTBOLU 9 Oktyabr 2018 / 13:30 2128
-  A +

“Gördüyünüz kimi, UEFA Millətlər Liqasının son iki oyununda heyətdə olan futbolçuların böyük əksəriyyətini saxlamışıq. Daxili yarışlarda çıxış edən oyunçularımızın vəziyyətini diqqətlə izləyib, seçimimizi də buna uyğun etmişik”.

Qol.az-ın “independent.com.mt” saytına istinadən yaydığı xəbərə görə, bu sözləri Malta millisinin baş məşqçisi Rey Farruciya deyib. UEFA Millətlər Liqasında Kosovo və Azərbaycanla keçiriləcək oyunlara hazırlığı dəyərləndirən təcrübəli mütəxəssis məşq prosesindən razı qaldığını bildirib:

“Bizi qarşıda 2 çətin oyun gözləyir. Məşqçilər korpusumuz yorulmadan futbolçularımızı həmin qarşılaşmalar üçün ən yaxşı formaya gətirməyə çalışır. Hazırlığın gedişindən çox məmnunam”.

Qeyd edək ki, Malta seçməsi oktyabrın 11-də Kosovo, 3 gün sonra isə millimizin qonağı olacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək matç 20:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki