Braliçə 1 oyunluq cəza, “Səbail 2”yə texniki məğlubiyyət

Braliçə 1 oyunluq cəza, “Səbail 2”yə texniki məğlubiyyət
PREMYER LİQA 9 Oktyabr 2018 / 13:16 2082
-  A +

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Qol.az-ın Peşəkar Futbol Liqasının saytına istinadən yaydığı xəbərə görə, iclasda Topaz Premyer Liqası və birinci diviziondakı bəzi qayda pozuntuları ilə bağlı qərarlar çıxarlıb.

Topaz Premyer Liqasının VII turunun “Neftçi” – “Sabah” matçının 75-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Slavko Braliç ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyun cəzalanır, klub 200 manat cərimə olunub.

I Divizionun VI turunun “Sabah-2” – “Kəpəz” matçında “Kəpəz” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimələnib.

I Divizionun VI turunun “Neftçi-2” – “Şüvəlan” matçının 88-ci dəqiqəsində “Şüvəlan”ın futbolçusu Əzəmət Ələkbərli ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyun cəzalanır, klub 20 manat cərimə olunub.

I Divizionun VI turunun “Keşlə-2” – “Ağsu” matçında “Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

I Divizionun VI turunun “Qarabağ-2”–“Səbail-2” matçında “Səbail-2”nin heyətində protokolda adı qeyd olunmayan futbolçu iştirak etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. Klub eyni zamanda, 800 manat cərimə olunur.

I Divizionun VI turunun “Zaqatala” – “Zirə-2” matçında “Zirə-2”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

Daha çox


Son xəbərlər