Mourinyo müdafiəçi alır

Mourinyo müdafiəçi alır
DÜNYA FUTBOLU 9 Oktyabr 2018 / 12:01 2600
-  A +

“Mançester Yunayted” qış fasiləsi zamanı müdafiə xəttinə bir gənc futbolçu cəlb edə bilər.

Qol.az-ın ESPN-ə istinadən yaydığı xəbərə görə, bununla əlaqədar baş məşqçi Joze Mourinyo klub rəhbərliyinə müraciət edib. Namizədlər siyahısında iki futbolçunun – İtaliya A seriyasında oynayan Milab Şkrinyar (“İnter”) və Alessio Romanyolinin (“Milan”) adı var.

Qeyd edək ki, bu yay “MY” “Bavariya”dan Jerom Boatenq, “Atletiko”dan Dieqo Qodin və “Tottenhem”dən Tobi Alderveyreldi almaq istəsə də, danışıqlar uğursuz nəticələnmişdi.


Son xəbərlər