Məşhur rus futbolçular məmurları döydülər - Video

Məşhur rus futbolçular məmurları döydülər -  Video
VİDEO 9 Oktyabr 2018 / 11:20 2601
-  A +

Rusiya yığmasının sabiq  futbolçuları Aleksandr Kokorin ("Zenit") və Pavel Mamayev ("Krasnodar") qalmaqalla diqqət mərkəzinə düşüb.

Qol.az-ın xəbərinə görə, onlar Moskvanın mərkəzindəki kafelərin birində Sənaye Ticarəti Nazirliyinin departament rəhbəri Denis Pak və Dövlət Federal Unitar Müəssisəsinin direktoru Sergey Qaysini döyüb. Futbolçuların içkili olduğu iddia olunur.

Hadisədən sonra zərərçəkmiş məmurlar xəstəxanaya çatdırılıb, futbolçular isə kafeni tərk edib. Pakın vəkili onun ciddi xəsarət aldığını və məsələ ilə bağlı cinayət işinin başladığını açıqlayıb. Hadisənin irqi zəmində baş verdiyi bildirilir.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi