"Millidən belə tez dəvət gələcəyini gözləmirdim" - Rüfət Dadaşov

"Millidən belə tez dəvət gələcəyini gözləmirdim" -  Rüfət Dadaşov
ÖLKƏ FUTBOLU 9 Oktyabr 2018 / 09:40 3667
-  A +

Millimizin üzvü Rüfət Dadaşov Almaniyanın “Bild” nəşrinə müsahibə verib.

Qol.az-ın xəbərinə görə, “Proyssen”in hücumçusu bir müddət fasilədən sonra yenidən yığmamıza dəvət  almasından danışıb. 

- Azərbaycan millisinə dəvət sizi təəccübləndirdi?

- Yenidən vətənim üçün oynamağı aruzlayırdım. Düzü, belə tez dəvət gələcəyini gözləmirdim. Buna görə, “Proyssen” klubuna və məşqçilər korpusuna minnətdarlığımı bildirirəm.

- Orada əsas heyətə düşmək şansınızı necə dəyərləndirirsiniz?

- Əlbəttə ki, oynayacağıma ümid edirəm. Lakin hücum xəttində rəqabətin hansı səviyyədə olduğunu bilmirəm. Uzun müddətdir milliyə çağırılmadığımdan digər oyunçuların çoxundan xəbərim yoxdur.

- “Proyssen”in sabiq futbolçusu Dmitri Nazarov da Azərbaycan millisinə çağırılıb. 

- Bəli, o, Bakıya mənimlə birlikdə gəldi. Biz yaxın dostuq. Eyni zamanda millidə eyni otaqda qalırıq.

- Bakıda anadan olmusunuz və ailəniz hazırda orada yaşayır. Onlarla görüşmək imkanınız oldumu?

- Bəli, bura gələndə qohumlarım məni ziyarət etdi, onlarla söhbətləşdim. Hər kəsi yenidən görmək çox gözəl idi.

- Millətlər Liqasının növbəti turunda oktyabrın 11-də Farer adaları, 14-də isə Malta ilə qarşılaşacaqsınız. Komandanızı nə gözləyir?

- Bizim hər iki görüşdə qalib gəlmək şansımız var. Bunun üçün əlimizdən gələni edəcəyik.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı