"Qəbələ"dən Sənan Qurbanov və Tərlan Əhmədov açıqlaması

"Qəbələ"dən Sənan Qurbanov və Tərlan Əhmədov açıqlaması
ÖLKƏ FUTBOLU 8 Oktyabr 2018 / 11:20 3837
-  A +

"Qəbələ" Sənan Qurbanovun istefaya göndəriləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Klubun baş meneceri Zaur Əzizov Qol.az-a açıqlamasında komandanın əvvəlcədən planlaşdırılmış qaydada baş məşqçinin rəhbərliyi altında məşqlərinə davam etdiyini bildirib: "Komandanın uğursuz çıxışının müəyyən, bizə məlum olan səbəbləri var. Bunlar klub daxilində müzakirə edildikdən sonra lazım olan addımlar atılacaq. Klubun sahibi var və baş məşqçi ilə bağlı qərarı o verir. Hazırda isə komanda əvvəlki qaydada öz məşqlərini davam etdirir".

Mətbuatda yer alan iddialara görə, komandanın uğursuz çıxışından narazı qalan klub rəhbərliyi bütün legionerlərlə yolların ayrılmasını və komandanın Qəbələdə məskunlaşmasını istəyir. Bu məsələyə də aydınlıq gətirən Əzizov bunları söyləyib: "Ümumiyyətlə, biz hər hansı futbolçu ilə bağlı qərar verərkən onun milliyətinə, pasportuna baxmırıq. Əgər belə biri varsa, kimliyindən asılı olmayaraq, cəzalandırılır. Legionerləri göndərmək kimi bir fikrimiz isə yoxdur. İkinci məsələyə gəlincə, klub Qəbələni təmsil edir və orada da məskunlaşıb. Komandanın Qəbələyə getməsi mətbuatda niyə bu qədər şişirdilir, başa düşə bilmirəm. Onsuz da məşqlərimizin çoxunu da orada keçirik. Sadəcə, Bakıdakı oyunlardan əvvəl paytaxta gedirik".

Z.Əzizov Tərlan Əhmədovun qış fasiləsində komandanın sükanı arxasına keçəcəyi ilə bağlı xəbərlərə də münasibət bildirib. O deyib ki, klub daxilində bu məsələ müzakirə olunmayıb.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı