Amit Quluzadə: “Mənim yaşımda milliyə çağırılmaq böyük hadisədir”

Amit Quluzadə: “Mənim yaşımda milliyə çağırılmaq böyük hadisədir”
XƏBƏR 1 İyun 2010 / 17:43 2047
-  A +

“İlk növbədə baş məşqçiyə təşəkkür edirəm ki, mənə millidə debüt imkanı yaratdı. İnandı, meydana buraxdı, mən də çalışdım ki, onun bu etimadını doğruldum. Özümü yaxşı tərəfdən göstərməyə çalışdım ki, növbəti toplanışlarda da məni millinin təlim-məşq toplanışlarına, heyətinə cəlb etsin”. Qol.Az-ın məlumatına görə, bu sözləri millimizin və “Neftçi”nin gənc futbolçusu Amit Quluzadə AFFA-nın rəsmi saytına açıqlamasında söyləyib.
Makedoniya ilə oyunda milli komandada debüt edən Amit Quluzadə ilk oyunda həyacanlı olduğunu bildirib: “Birinci çox həyəcanlıydım. Lakin ilk dəqiqələr ötdükcə özümə gəlməyə başladım, toparlandım. Çalışırdım ki, komanda yoldaşlarımdan seçilməyim, onlardan geri qalmayım, yığmaya kömək edim. Amma bütövlükdə yenə həyəcan vardı”.
Amit gələcəkdə də millidə oynamaq üçün çalışdığını bildirib: “Milli komandaya çağırılmaq çöx böyük hadisədi. Şəxsən mənim yaşımda. Bir daha deyirəm ki, gələcəkdə də çalışacam baş məşqçinin etimadlarını doğruldum və millinin heyətindəki yerimi qoruyum”.
“Neftçi”nin üzvü toplanışın gedişindən və hazırlığından da danışıb: “Hazırkı toplanışın gedişinə gəlincə, hər şey yüksək səviyyədədi, kollektivdə əla mehribanlıq var. Yorğun deyiləm. Çempionatda çox oynamamışam deyə o biri futbolçulara baxanda mənim üçün özümü göstərmək daha asandır. Yəni onlar daha çox oynayıblar".


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın