Reynaldo Rueda: “Azərbaycanla oyunda əsas heyətin üzvlərinə şans verməyəcəm”

Reynaldo Rueda: “Azərbaycanla oyunda əsas heyətin üzvlərinə şans verməyəcəm”
ÖLKƏ FUTBOLU 1 İyun 2010 / 16:25 2406
-  A +

“Mayın 27-də Belarusla baş tutan oyunda müdafiədə buraxılan kobud səhvlər məni heç də qane etmədi. Mən komandadan belə oyun gözləmirdim. Lakin bunun yoldaşlıq oyunu olduğunu nəzərə alsaq , burada hesab cox da önəmli deyildi”. Qol.Az-ın məlumatına görə, bu sözləri Honduras millisinin baş məşqçisi Reynaldo Rueda deyib.
Avstriyada təlim məşq toplanışında olan dünya çempionatının iştirakçıları artıq Azərbaycan millisi ilə sabahkı duelə hazırlaşır. İyunun 2-də baş tutacaq oyun rəqibimiz üçün də bir o qədər əhəmiyyətlidir. Məhz bu üzdən Honduras millisinin baş məşqçisi oyun qabağı bəzi maraqlı açıqlamaları ilə diqqət çəkib. Onun sözlərinə görə, hazırda yalnız Azərbaycanla keçirəcəkləri oyun haqqında fikirləşirlər: “Bilirəm ki, müdafiədə problemlərimiz olsa da, komandanın fiziki və psixoloji durumu yaxşı vəziyyətdədir. Qarşıdakı görüşdə əsas heyətin bütün üzvlərinə şans verməyəcəm. Onları daha çox  Rumuniyaya qarşı keçiriləcək oyunda meydana buraxmağı düşünürəm. Çünki sonuncu yoldaşlıq oyunu olan həmin dueldən sonra Cənubi Afrika Respublikasına yollanacağıq”.
Qeyd edək ki, Honduras millisi ilk oyununu iyunun 18-də son Avropa çempionu olan İspaniyaya qarşı keçirəcək. 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı