Rəqibimiz millimizlə oyuna forma tapa bilmir

XƏBƏR 1 İyun 2010 / 15:33 1968
-  A +

Dünya çempionatına hazırlaşan Honduras yığması qeyri-adi hadisə ilə üzəşib. Qol.Az-ın məlumatına görə, Avstriyada Belarusla yoldaşlıq oyunundan sonra futbolçuların formalarını bir-biri ilə dəyişdirməsi komandanı çıxılmaz vəziyyətə salıb. Məsələ burasındadı ki, honduraslılar Avstriyaya artıq forma gətirməyib. Sabah millimizlə qarşılaşacaq Mərkəzi Amerikalıların meydana hansı forma ilə çıxacaqları bəlli deyil. Yığmanın meneceri Osman Madrid mətbuata açıqlamasında belə deyib: “Belarus yığmasının rəhbərliyi ilə forma dəyişdirməmək haqda razılığa gəlmişdik. Lakin bəzi futbolçuların bundan xəbəri yox idi. Çıxılmaz vəziyyətdə qalmışıq. Azərbaycanla oyuna qədər yeni formalar gətirməyə çalışacayıq”.


Son xəbərlər