"Komandanı silkələmək, ayıltmaq lazımdır" - "Qəbələ"nin məşqçisi

"Komandanı silkələmək, ayıltmaq lazımdır" - "Qəbələ"nin məşqçisi
PREMYER LİQA 5 Oktyabr 2018 / 20:10 3650
-  A +

"Uduzduğumuz üçün çox danışmağa ehtiyac yoxdur. Belə matçı analiz etmək çətindir. Sanki qara zolaqdayıq. Komanda istəyir, amma alınmır. Nəsə çatışmır. Klub olaraq bu duruma düşmüşük və ümid edirəm ki, bu vəziyyətdən çıxacağıq".

Qol.az-ın məlumatına görə, bu sözləri "Qəbələ”nin məşqçisi Elmar Baxşıyev Topaz Premyer Liqanın 7-ci turunda səfərdə "Zirə"yə 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib. Qarşılaşma ilə bağlı fikirlərini açıqlayan gənc mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- Meydandan 1 xalla ayrılsaydınız, razı qalacaqdınız?

- Yox. Son iki oyunda hiss edirdik ki, komandada eniş yaşanır. Əvvəlki matçlarda qol şansları yarada bilirdik. Amma bu gün göstərdi ki, komandanı silkələmək, ayıltmaq lazımdır.

- Sənan müəllim istefa vermək fikrində olduğunu demədi?

- Bu barədə rəhbərlik nə qərar verəcək, onu bilmirəm.

- Protokolda “18-lik” düzəlməmişdi. Bu nə ilə bağlıdır?

- Zədəli oyunçularımız var. U-19-un oyunu da olduğundan, onları protokola salmamışdıq.

Daha çox


Son xəbərlər