Ramil Şeydayevin baş məşqçisi istefa verdi

Ramil Şeydayevin baş məşqçisi istefa verdi
GÜNDƏM 5 Oktyabr 2018 / 12:54 4257
-  A +

Millimizin üzvü Ramil Şeydayevin çıxış etdiyi Rusiyanın "Krılya Sovetov" klubunun baş məşqçisi Andrey Tixonov istefa verib.

Qol.az-ın məlumatına görə, bu barədə klubun saytı xəbər yayıb. 48 yaşlı mütəxəssis komandanın uğursuz çıxışlarına görə vəzifəsindən gedib. “Krılya Sovetov” 9 turdan sonra 16 komanda arasında 15-ci pillədə qərarlaşıb.

Tixonov 2017-ci ilin yayından  Samara klubunu çalışdırırdı.

Qeyd edək ki, yay fasiləsində Rusiya klubuna keçən Şeydayev Tixonovun rəhbərliyi altında cəmi 1 oyunda iştirak edib.

Daha çox


Son xəbərlər