Vederson “Bursaspor”la müqavilə bağladı

Vederson “Bursaspor”la müqavilə bağladı
DÜNYA FUTBOLU 1 İyun 2010 / 13:46 2311
-  A +

Son mövsümdə Türkiyə çempionu olmaqla Çempionlar Liqasının qrup mərhələsində çıxış etmək şansı qazanan “Bursaspor” ilk transfer bombasını partladıb. Qol.Az-ın qardaş ölkə mətbuatına istinadən məlumatına görə, Bursa təmsilçisi “Fənərbağça”nın müdafiəçisi Gökçək Vedersonla müqavilə bağlayıb.
Qeyd edək ki, əslən braziliyalı Vederson Türkiyə vətəndaşlığını qəbul etdiyi üçün legioner sayılmır. “Bursaspor”un prezidenti İbrahim Yazıçı isə növbəti mövsüm avrokuboklarda və Superliqada uğurlu çıxış etmək məqsədilə heyəti gücləndirməkdə davam edəcəklərini açıqlayıb.


Son xəbərlər