"Arsenal”dan çəkinmədik, sadəcə alınmadı" - Maksim Medvedev

"Arsenal”dan çəkinmədik, sadəcə  alınmadı" - Maksim Medvedev
MÜSAHİBƏ 5 Oktyabr 2018 / 01:15 3552
-  A +

"Qarabağ"ın futbolçusu Maksim Medvedev Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Arsenal"a 0:3 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, ilk olaraq matç haqda fikirlərini bildirib:
 
 - Düşünürəm ki, “Qarabağ” rəqibindən çəkinmirdi. Futbol oynamağa çalışırdıq. Özünüz də şahid oldunuz. “Arsenal” kimi rəqibə qarşı oynamaq hər komandanın işi deyil. Belə oyunda qol şansları yaratmaq bizim üçün müsbət məqamdır. “Arsenal”dan çəkinmədik, sadəcə, alınmadı. Dərk edirik ki, “Arsena" bizimlə müqayisədə tam fərqli səviyyədədir. Uduzmuşuq, amma nəticə önəmli deyil. “Arsenal” kimi komanda Bakıya gəldi, onları bura biz gətirmişik. Azarkeşlər belə nəhəng komandanı gördülər, maraqlı oyun izlədilər.

- Erkən qol nəticəyə təsir etdi?

- Bir az da kuryoz qol oldu. Diqqətsizlik səbəbindən qapımızda qol gördük. Futbolda hər şey baş verə bilər.  Çalışdıq ki, oyuna nəzarət edib, epizodlar yaradıb qollar vuraq.
 
- İlk hissədə Aleks İvobini saxlamaqda çətinlik çəkirdin. Sonradan sanki ikinci hissədə bu çətinlik aradan qalxdı...

- Deməzdim ki çətinlik çəkirdim. Sadəcə, fərdi ustalığına görə güclü oyunçudur. Həm də çalışırdım ki, oyun ərzində hücumameylli olum, irəliyə gedib orada da güc sərf edim. Bu isə bir qədər çətin idi.

- Azarkeşlər Məsut Özil meydana daxil olanda onu alqışladılar, amma Mahir Mədətov oyunu tərk ediləndə fitə basıldı. Buna münasibətin necədir?

- Mahir gənc və potensiallı oyunçudur. Azarkeşlərin onu fitə basması yaxşı hal deyil. Mədətova indidən belə təzyiq etsələr, gələcəkdə potensialını ortaya qoya bilməyəcək. 21 yaşında "Arsenal" kimi böyük kluba qarşı oyunda iştirak edirsə, onda həyəcan ola bilər. Çünki bizim kimi təcrübəli oyunçularda belə, həyəcan olur. Məsut dünya səviyyəli oyunçudur, həm də bir tərəfi türkdür. Ona görə də azarkeşlərin onu alqışlaması normal haldır.
 
- Rəqiblə forma dəyişdin?

- Formamı azarkeşlərimizdən birinə verdim. Heç kimdən də forma götürmədim. Azarkeşlərimizə təşəkkür etmək üçün futbolçularla birgə tribunalara doğru getdik. Mən forma dəyişdirmirəm.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın