Qana millisi dünya çempionatına Essyensiz yollandı

Qana millisi dünya çempionatına Essyensiz yollandı
XƏBƏR 1 İyun 2010 / 12:32 1786
-  A +

Qana millisinin çalışdırıcısı Milovan Rayevats da dünya çempionatına aparacağı yekun heyəti müəyyənləşdirib. Qol.Az-ın məlumatına görə, komandanın aparıcı oyunçularından “Çelsi”nin yarımmüdafiəçisi Mikael Essyen zədəsini sağalda bilmədiyindən mundialdan kənarda qalıb. Nəticədə baş məşqçi Cənubi Afrika Respublikasına aşağıdakı 23 futbolçuyla yollanmaq məcburiyyətində qalıb:
Qapıçılar: Riçard Kinqston (“Viqan”, İngiltərə), Daniel Acey (“Liberti Profenşls”), Stefan Ahorlu (“Harts of Layons”);
Müdafiəçilər: Samuel İnkum (“Bazel”, İsveçrə), Hans Sarpey (“Bayer-04”, Almaniya), Li Eddi (“Behem”, Almaniya), Con Mensah (“Sanderlend”, İngiltərə), Rahim Ayyu (“Zəmələk”, Misir), Ayzek Vorsah (“Hoffenhaym”, Almaniya), Conatan Mensah (“Qranada”, İspaniya), Con Peyntsil (“Fulhem”, İngiltərə);
Yarımmüdafiəçilər: Dede Ayyu (“Avinyon”, Fransa), Kvadvo Asamoa (“Udineze”, İtaliya), Stefan Appya (“Bolonya”, İtaliya), Entoni Annan (“Rusenborq”, Norveç), Salli Muntari (“İnter”, İtaliya), Kvinsi Ovusu-Abeye (“Əl-Səəd”, Qətər), Derek Boatenq (“Xetafe”, İspaniya), Kevin-Prins Boatenq (“Portsmut”, İngiltərə);
Hücumçular: Prins Taqoe (“Hoffenhaym”, Almaniya), Asamoa Qyan (“Renn”, Fransa), Dominik Adiyya (“Milan”, İtaliya), Mettyu Amoa (“Breda”, Hollandiya).


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki