AFFA rəhbərliyi İnfantino ilə görüşdü - Şəkillər

AFFA rəhbərliyi İnfantino ilə görüşdü -  Şəkillər
ÖLKƏ FUTBOLU 3 Oktyabr 2018 / 17:14 1753
-  A +

Bu gün İsveçrənin Sürix şəhərində FIFA və AFFA rəhbərliyi arasında görüş keçirilib.

Qol.az-ın məlumatına görə, bu barədə AFFA-nın saytı xəbər yayıb.

FIFA-nın prezidenti Canni İnfantino ilə AFFA-nın prezidenti Rövnəq Abdullayev arasında keçirilmiş görüşdə Azərbaycan futbolu ilə bağlı məsələlər ətraflı müzakirə olunub. Rövnəq Abdullayev bu il Rusiyada keçirilmiş dünya çempionatının yüksək səviyyə təşkil olunması ilə bağlı Canni İnfantinonu təbrik edib. FIFA və AFFA arasında mövcud olan yüksək səviyyəli əməkdaşlığın bundan sonra da davam etdirilməsi barədə fikir mübadiləsi aparılıb.

Görüşdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov da iştirak edib.








Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər