Ramiz Məmmədov “Bavariya”da təcrübə keçməyə gedəcək

Ramiz Məmmədov “Bavariya”da təcrübə keçməyə gedəcək
ÖLKƏ FUTBOLU 1 İyun 2010 / 11:33 2020
-  A +

“Qəbələ”nin baş məşqçisi postunda məşhur Toni Adamsla əvəzləndikdən sonra Ramiz Məmmədovun klubun hesabına “Pro” kateqoriyası almaq, eləcə də Avropa klublarından birində təcrübə keçmək planının olduğu açıqlanmışdı. Qol.Az-ın məlumatına görə, gənc çalışdırıcı artıq məşqçilikdə ən yüksək kateqoriyaya sahib olmaq yolunda ilk addımını atıb. Məmmədov Ukraynanın paytaxtı Kiyevə yollanaraq imtahan verib və kursa qəbul edilib. İmtahanı uğurla verən həmyerlimiz təhsil haqqını da ödəyib.
R.Məmmədov payızın ilk ayında isə Almaniya çempionu, Çempionlar Liqasının finalçısı “Bavariya”nın düşərgəsində təcrübə keçməyə yollanacaq. Sentyabrda sözügedən kurs çərçivəsində təşkil olunacaq bu səfər üçün Almaniya çempionunun çalışdırıcısı Van Qalın razılığı da alınıb.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın