“Topaz”dan daha bir lotoreya: “Hyundai Accent” udmaq şansını qaçırma!

“Topaz”dan daha bir lotoreya:  “Hyundai Accent” udmaq şansını qaçırma!
ETOPAZ 3 Oktyabr 2018 / 12:22 3331
-  A +

Azərbaycanın ilk və qanuni mərc şirkəti olan “Topaz” mütəmadi şəkildə reklam kampaniyaları keçirməklə cəmiyyətdə idmana marağı bir qədər də artırmağa çalışır.

Şirkətin 1 Oktyabr tarixindən başlatdığı “10-dan Hədiyyə Qazan” adlı tirajlı stimullaşdırıcı növbəti lotereya dekabrın 23-dək davam edəcək.

Lotereyanın mexanizmi aşağıdakı kimidir:

1. Minimum 10 Manat idman mərc oyunlarına mərc etmək

2. Mərc edilən biletin barkodunun 30 rəqəmini 5600 qısa nömrəsinə butun mobil operatorlardan göndərmək. Bunun üçün istifadəçidən heç bir məbləğ tutulmayacaq.

3. İstifadəçinin bileti bizim sistemdə yoxlandıqdan sonra (barkodu göndərdiyi vaxtdan 5 dəqiqə sonra) əgər bilet lotereya şərtlərinə uyğundursa, istifadəçiyə 7 rəqəmli unikal kod gələcək. Unikal kodların sayı oyunçunun oynadığı məbləğin 10-a bölünəndən sonra alınan tam rəqəm qədər olacaq. Yəni, istifadəçi 10 manat oynadıqda 1 kod, 20 manat oynadıqda 2 kod, 22 manat oynadıqda yenə 2 kod və s. olacaq. Kodların çox olmağı oyunçunun lotereyada qalib olmaq şansını daha da artırır.

4. Əldə edilən unikal kodlar qaydalarda qeyd edilən tarixlərdə virtual lototron vasitəsilə
təsadüfi olaraq seçiləcək.
 
Lotereya çəkilişi zamanı aşağıdakı hədiyyələr oynanılacaq:

1. “Hyundai Accent” avtomobili – 3 ədəd. Hər tirajda 1 nəfər qalib olacaq.

2. “Samsung Galaxy S9” – 33 ədəd. Hər tirajda 11 ədəd.

3. “Playstation 4 Slim” – 33 ədəd, hər tirajda 11 ədəd.
 
Qaliblər Zəng vasitəsilə məlumatlandırılacaq və hədiyyələr təyin olunacaq tarixdə Nizami 119 küçəsində yerləşən Topaz Flagship məntəqəsində xüsusi hədiyyə təqdimetmə tədbiri ilə təqdim ediləcək.

Son xəbərlər