Vaqif Cavadovun komanda yoldaşı «Qalatasaray»da oynamaq istəyir

Vaqif Cavadovun komanda yoldaşı «Qalatasaray»da oynamaq istəyir
XƏBƏR 31 May 2010 / 19:10 2224
-  A +

İstanbulun «Qalatasaray» klubu Vaqif Cavadovun komanda yoldaşı Miroslav Stoku heyətinə qatmağa çox yaxındır. Qol.Az-ın məlumatına görə, 20 yaşlı slovakiyalı futbolçu «Cim bom»un baş məşqçisi Frank Raykaardın komandasında olmaq istədiyini bildirib: «Düzdür, «Qalatasaray» komandası mənimlə maraqlanır. Hazırda dünya çempionatına köklənmişik. Və buna görə bu barədə indi qəti bir söz söyləyə bilmərəm. «Qalatasaray»da niyə də oynamayım? Bu klub böyük bir komandadır və heyətində ulduz oyunçular var. Frank Raaykard kimi dünya səviyyəli bir məşqçiləri var. Hansı futbolçu belə bir məşqçinin komandasında olmaq istəməz? Yəqin ki, dünya çempionatından sonra bu barədə qəti fikrimi bildirəcəm».

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı