Cüneyt Biçər ölkə kubokunun finalında kimdən inciyib?

Cüneyt Biçər ölkə kubokunun finalında kimdən inciyib?
XƏBƏR 31 May 2010 / 18:37 2095
-  A +

“Fənərbaxça”nın prezidenti Əziz Yıldırım Azərbaycan kubokunun finalındakı oyunumuzu izlədi. O, “Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimovun dəvəti ilə matçı izləmək üçün Bakıya gəlmişdi. Biz hesabda 2:0 irəli olarkən Yıldırım stadionu tərk etdi”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Bakı”nın baş məşqçisi Cüneyt Biçər deyib.
Türkiyə mətbuatına müsahibə verən 35 yaşlı mütəxəssis “Xəzər Lənkəran”la oyundakı hisslərini açıqlayıb. Biçər “Fənərbaxça”nın prezidenti Əziz Yıldırımdan narazılığını da gizlətməyib: “Cənab Əziz Yıldırım orada Mənsimovun dəvətlisi olsa da, qarşılaşma başlamamış soyunub-geyinmə otağımıza gəlib mənə uğurlar arzulaya bilərdi. Axı Azərbaycanda Türkiyəni təmsil edirdim. Amma o ankı vəziyyəti də dəqiq bilmirəm. Bəlkə də vacib işi çıxdığından stadionu tərk edib. Ya da mənim haqqımda ona məlumat verməyiblərmiş. Hər halda, insan belə jest gözləyir”.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı