PFL iki oyunun vaxtını dəyişdi

PFL iki oyunun vaxtını dəyişdi
PREMYER LİQA 2 Oktyabr 2018 / 12:08 769
-  A +

Peşəkar Futbol Liqası Topaz Premyer Liqasının 7-ci turu ilə bağlı dəyişiklik edib.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, bu dəyişiklik AFFA, “Qarabağ” və “Keşlə” klublarının rəsmi müraciəti əsasında həyata keçirilib.

Belə ki, Millətlər Liqasında 11 oktyabr tarixdə Farer adaları ilə səfərdə, 14 oktyabr tarixdə Malta ilə Bakıda keçiriləcək oyunlara daha yaxşı hazırlaşmaq məqsədi ilə Azərbaycan milli komandası 6 oktyabrda təlim-məşq toplanışına start verəcək.

Bütün bunları nəzərə alan AFFA Peşəkar Futbol Liqasından 7-ci turun təqvimində dəyişiklik edilməsini xahiş edib.  Azərbaycan milli komandasının beynəlxalq oyunlarını və “Qarabağ”ın ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil etməsini nəzərə alan PFL hesabat turunun təqvimi ilə bağlı dəyişikliyə razılıq verib.

Dəyişikliyə əsasən, Topaz Premyer Liqasının 7-ci turunun “Zirə” – “Qəbələ” görüşü əvvəlcədən nəzərdə tutulduğu kimi, oktyabrın 6-ı yox, bir gün əvvəl - oktyabrın 5-i keçiriləcək. Eyni zamanda həmin turun oktyabrın 6-ı keçirilməli olan “Keşlə” - “Qarabağ” matçı oktyabrın 31-i oynanılacaq.

 

Daha çox


Son xəbərlər
20.10.18  17:04

"Real" evdə uduzdu