“Neftçi”nin futbolçusu Dario Federiko Azərbaycan çempionatları tarixinə düşüb.
Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, braziliyalı legioner yarışın 26 illik tarixində 12000-ci qolun müəllifi olub. O, yubiley qolunu Topaz Premyer Liqasının VI turunun “Səbail”lə ev matçının (4:0) 6-cı dəqiqəsində vurub.
“Bakcell Arena”dakı görüşdə dubl müəllifi olan Dario hesabı açdığı topla 12000-ci qola imza atıb. Bu görüşədək Azərbaycan çempionatları tarixində 11999 qol vurulmuşdu. Nəticəsi ləğv olunan matçlar, həmçinin texniki nəticələrin hesaba alınmadığı statistikaya əsasən 1992-ci ildən keçirilən yarışdakı 4703-cü matçda qol sayı 1203-ə çatıb.
Qeyd edək ki, Darionun matçdakı ilk qolu həm də 2018/19 mövsümünün 50-ci topu olub. Əvvəlki 5 turun 19 oyununda (1 matçın nəticəsi ləğv olunub) 49 qol qeydə alınmışdı. Əvvəlki mövsümlərdə 11950 qol vurulduğu üçün 50-ci top, həm də 12000-ci olub.
"Liverpul"da ciddi itki
Yığmamız İspaniya toplanışını məğlubiyyətlə başa vurdu
"Qalatasaray"dan böyükhesablı qələbə, "Trabzonspor" uduzdu
"Qarabağ" - "Qəbələ" oyunundan - Şəkillər
"Qələbə istənilən halda şirindir” – Riçard Almeyda
“Qarabağ”a uduzmuşuq, burda nə var ki?” – Cavid Hüseynov
Mərkəzi oyunda 3 qol - Video
“Mahirin top itirməsinə əsəbiləşirdik” – Maksim Medvedev
"Xal itkiləri hələ çox olacaq" - Qurban Qurbanov
"Qarabağ" "Neftçi"yə yaxınlaşdı, Səbail"dən qələbə
"Mentalitetimiz buna imkan vermir” - Aftandil Hacıyev
"Hücumçu problemimiz var" - Elşad Əhmədov
"Səbail" - "Sabah": geniş icmal - Video
“Real” evdə uduzdu - Video
"Qarabağ" - "Qəbələ": heyətlər açıqlandı