Premyer Liqamızda azarkeş rekordu

Premyer Liqamızda azarkeş rekordu
PREMYER LİQA 1 Oktyabr 2018 / 12:20 4225
-  A +

Topaz Premyer Liqada 2018/19 mövsümündə yeni rekord müəyyənləşib.

Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, 6-cı turun “Sabah” – “Qarabağ” qarşılaşmasında (0:2) 4500 tamaşaçı qeydə alınıb.

“Əlincə Arena”dakı göstərici bu mövsümün arxada qalan 6 turu üçün mütləq rekorddur. Bunadək ən çox tamaşaçı 3-cü turun “Qarabağ” – “Neftçi” matçında (1:1) qeydə alınmışdı. “Azərsun Arena”dakı görüşü 3000 azarkeş izləyib.

6-cı turun ümumi tamaşaçı sayı da rekordla diqqət çəkib. Dörd qarşılaşmanı ümumilikdə 6900 tamaşaçı izləyib. Bu da əvvəlki 5 turla müqayisədə ən yüksək göstəricidir.
 

Daha çox


Son xəbərlər
18.12.18  18:27

Zidandan rədd cavabı