Yusuf Şimşəklə Ayhan Akman Ponomaryovun komanda yoldaşı ola bilər

Yusuf Şimşəklə Ayhan Akman Ponomaryovun komanda yoldaşı ola bilər
XƏBƏR 31 May 2010 / 15:56 2073
-  A +

“Beşiktaş” və “Qalatasaray”ın ulduz futbolçuları Yusuf Şimşəklə Ayhan Akman millimizin və Türkiyə “Orduspor”unun şərəfini qoruyan Anatoli Ponomrayova komanda yoldaşı ola bilər. Qol.Az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, “Orduspor”un prezidenti Nədim Türkmən sözügedən futbolçularıa yaxından maraqlandığını və onlarla transfer görüşlərinə başladıqlarını deyib.
Yeni baş məşqçi olan Uğur Tütünəkər haqqında danışan Nədim Türkmən, onun çox bacaraqlı bir məşqçi olduğunu və komanda ilə uğura imza atacağına inandığını bildirib. Transfer danışıqlarının isə hələ də davam etdiyini deyən Türkmən, son olaraq “Beşiktaş”dan Emre Özkanla razılaşdıqlarını xatırladıb: “Superliqadan bəzi futbolçularla maraqlanmışıq. Emre Özkan əvvəlki transfer qiymətini bir qədər aşağı saldı və biz də onunla razılaşdıq. Ona görə də biz daha əvvəl transfer etmək istədiyimiz Hüseyin Yoğurtçudan imtina etdik. Bununla belə, “Beşiktaş”dan Yusuf Şimşəklə və “Qalatasaray”dan Ayhan Akmanla daha ciddi maraqlanmağa başlamışıq. Gələn həftə bir əskiklik olmazsa, bu transferləri tez bir zamanda netləşdirmək istəyirik”.  

 


Son xəbərlər