AFFA ilə yeni tərəfdaşı arasında müqavilə imzalandı - Şəkillər

AFFA ilə yeni tərəfdaşı arasında müqavilə imzalandı -  Şəkillər
ÖLKƏ FUTBOLU 1 Oktyabr 2018 / 11:20 2260
-  A +

AFFA və "Procter&Gamble” şirkəti arasında tərəfdaşlığa dair müqavilə imzalanıb.

Qol.az-ın xəbərinə görə, Bakı Olimpiya Stadionunda keçirilmiş tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov, millimizin baş məşqçisi Qurban Qurbanov və futbolçular Mahir Mədətovla Ruslan Qurbanov da iştirak edib.

Şirkətin Azərbaycandakı baş direktoru Deger Kurtaslancıoğlu AFFA ilə müqavilənin 2019-cu ilin dekabrın 31-dək nəzərdə tutulduğunu söyləyib: “Ötən 20 il ərzində P&G Azərbaycanın iqtisadi həyatına böyük töhfə verib. Amma biz təkcə iqtisadiyyata qatqımızla kifayətlənməmişik, xalqın həyatına sosial məsuliyyət və ictimai təsir layihələrimizlə, əhəmiyyətli tərəfdaşlıqlarla da təsir etməyə hədəflənmişik. İdmana dəstək bizim böyük təsir dairəsinə malik sağlamlıq və gigiyena proqramlarımızın əsas hissəsidir. Həyata keçirdiyimiz sosial layihələr içərisində idmana dəstək böyük yer tutub. Bizim üçün sağlam cəmiyyət idmanla böyüyən uşaq və gənclərin sayının çoxluğundan başlayır. 2012-ci ildə London Olimpiya Oyunlarında komandamızı dəstəkləməklə, 2015-ci ildə İlk Bakı Avropa Oyunlarının rəsmi tərəfdaşı olmaqla, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarında Azərbaycan Olimpiya komandasına dəstək verməklə bu niyyəti güdmüşük. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə tərəfdaşlıqda da məqsədimiz gənclər arasında idmanla məşğul olmağa həvəsi artırmaqdır. Tərəfdaşlıq çərçivəsində Gillette və Head & Shoulders brendlərimiz üçün futbolçularımızın iştirakı ilə reklam filmləri çəkilib yayımlanacaq. Bu reklam filmləri milli komandaya dəstəklə yanaşı, futbolu da daha geniş təbliği edəcək”.

Yığmamızın çalışdırıcısı Qurban Qurbanov  illər öncə bu şirkətin reklamında iştirak etdiyini xatırladıb. O bildirib ki, yeni sponsorların gəlişi futbola təkan olacaq: "Belə şirkətlərin çox olması çox yaxşı olardı. Şirkətin məhsullarından yararlanırıq”.

AFFA-nın baş katibi Elxan Məmmədov belə bir şirkətin AFFA-nın yanında olmasını ciddi hadisə adlandırıb. O, digər şirkətləri də futbola dəstək olmağa çağırıb.

Baş katib bu istiqamətdə danışıqlar aparıldığını əlavə edib: "Qapılarımız tərəfdaşlar üçün açıqdır. Lakin əsas məsələ sosial məsuliyyət, milliyə dəstək, uşaq və yeniyetmələr futboluna dəstək bizim əsas prioritetlərimizdir. Əsas odur ki, baxışlarımız üst-üstə düşsün. Bu liqalarda P&G-ni görəcəksiniz".








Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi