Toni Adams Şotlandiya millisinin 500 min avroluq hücumçusunu “Qəbələ”yə gətirir

Toni Adams Şotlandiya millisinin 500 min avroluq hücumçusunu “Qəbələ”yə gətirir
ÖLKƏ FUTBOLU 31 May 2010 / 15:25 2777
-  A +

Toni Adams Şotlandiya millisinin hücumçusu Derek Riordanı “Qəbələ”yə gətirir. Qol.Az-ın Britaniya mətbuatına istinadən məlumatına görə, hazırda “Hibernian”ın şərəfini qoruyan bu futbolçu üçün ingiltərəli mütəxəssis Qəbələ təmsilçisinin 500 min avro xərcləməsinə razılıq da alıb.
Qeyd edək ki, Riordan elə hazırkı komandasının yetirməsidi. 2001-2006-cı illər aralığında bu komandada keçirdiyi 123 oyuna 54 qol vuran forvard sonradan karyerasını “Koudenbis” və “Seltik”də davam etdirib. Derek bu müddət ərzində "Seltik"lə Şotlandiya çempionatının və kubokunun qalibi də olub. Lakin öz çıxışı uğurlu alınmadığından yenidən keçmiş klubuna qayıdıb. Son mövsümdə Şotlandiya çempionatında keçirdiyi 37 oyunda 13 qol vurub, 3 sarı vərəqə ilə cəzalanan futbolçu FA (2 oyuna 2 qol) və Liqa (2 oyuna 1 qol) kuboklarında da fərqlənməyi bacarıb.
Qeyd edək ki, 1983-cü il 16 yanvar təvəllüdlü futbolçu Şotlandiya millisinin də heyətində 3 oyun keçirib.

Daha çox


Son xəbərlər