Almaniyalı məşqçi Qusarda futbolçu axtarır

Almaniyalı məşqçi Qusarda futbolçu axtarır
XƏBƏR 31 May 2010 / 15:02 2018
-  A +

Qusar rayonunda 1995-96-cı il təvəllüdlü qızlar arasında seleksiya günü keçirilib. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, tədbirdə 30-ayaxın qız iştirak edib. Seleksiya başa çatdıqdan sonra 15 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Sissi Rayt açıqlama verib: «Növbəti seleksiya prosesini keçirdik. Seleksiyaya Bakıda başladıq, Sumqayıt, Lənkəran və Zaqatalada olduq. Bundan başqa, Sumqayıtda qızlar arasında turnir də təşkil olundu. Qusarda keçirdiyimiz seleksiyada iştirak edən qızların bir neçəsini oradakı turnirdə görmüşdüm. Hiss olunur ki, futbola böyük həvəsləri var. Ancaq tələbatla reallıq arasında fərq böyükdür. Məsələn, hansısa dili öyrənmək üçün 6 ay və ya bir il kursa getməklə arzunuza nail ola bilərsiniz. Lakin futbol belə deyil. Əsas bacarıq, qabiliyyətdir. Ümumiyyətlə, qızlara müraciət edirəm: futbolçu olmaq istəyirsinizsə və valideynləriniz buna icazə verirsə, AFFA-da qeydiyyatdan keçin. Çünki seleksiya günləri yenə olacaq. Məqsədimiz 17 yaşadək qızlar arasında 2012-ci ildə Azərbaycanda keçiriləcək dünya çempionatında iştirak edə biləcək komanda yaratmaqdır».


Son xəbərlər