Qurban Qurbanov: “Transfer məsələlərinə olduqca həssas yanaşırıq”

Qurban Qurbanov: “Transfer məsələlərinə olduqca həssas yanaşırıq”
ÖLKƏ FUTBOLU 31 May 2010 / 14:36 2593
-  A +

“Ötən mövsümün ilk dövrəsində legioner kimi sadəcə Admir Telinin, ikinci dövrədə isə Georgi Adamiyanin xidmətindən yararlandıq. Gürcünü Azərbaycan futbolu üçün yad sima hesab etmək olmaz. Artıq “Qarabağ”ın bəlli sistemi müəyyənləşib. Klubumuz yerli futbolçularla yanaşı, gənclərə üstünlük verilməsi siyasətinə sadiq qalıb”. Qol.Az-ın Ağdam klubunun rəsmi internet saytına istinadən məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Ağdamlıların gənc çalışdırıcısı yeni mövsümöncəsi fikirlərini açıqlayarkən, yenə də öz siyasətlərinə sadiq qalacaqlarını bəyan edib: “Qarşıdan gələn mövsümdə də yolumuzu davam etdirəcəyik. Heyətimizdə ciddi dəyişiklik etmək niyyətimiz yoxdu. Təbii ki, heyətə yeni adlar qatmaq niyyətindəyik. Amma biz transfer məsələlərinə olduqca həssas yanaşırıq. Komandada görmək istədiyimiz bəzi gənc futbolçular var. Onlarla yanaşı yeni legionerlər də görməyimiz mümkündür. Hansı mövqeyə transfer etməyimizi planlaşdırmışıq. Amma yenə də qeyd etmək istəyirəm ki, biz trasnfer siyasəti zamanı yanlışlığa yol vermək istəmirik. “Qarabağ”a və Azərbaycan futboluna maksimum fayda verəcək futbolçular əldə etməyə çalışacağıq”.

Daha çox


Son xəbərlər