“Xəzər Lənkəran” avroliqanın hazırlıqlarına gələn həftədən başlayır

XƏBƏR 31 May 2010 / 12:55 1936
-  A +

“Xəzər Lənkəran” yeni mövsümə və ölkəmizi təmsil edəcəyi Avropa Liqasının oyunlarına hazırlığa iyunun 7-də start verəcək və üç gün sonra Avstriyaya yollanacaq. Qol.Az-ın məlumatına görə, bu haqda klubun rəsmi internet saytı xəbər yayıb.
Mövsümü uğursuz başa vurmasına baxmayaraq Avropa Liqasına vəsiqə qazanan “Xəzər Lənkəran” artıq iyulun 1-də qitə kuboku uğrunda turnirdə ilk oyununa çıxmalıdı. Bu səbəbdən cənublular mövsümə hazırlığa nisbətən erkən başlamalı olacaq. Məşqçilər korpusunun tərtib etdiyi plana əsasən, komanda ayın 7-də Bakıda bir araya gələcək. İki gün ərzində tibbi müayinədən keçəcək futbolçular, ardından fiziki testlər verəcəklər. Ayın 10-da isə “Xəzər Lənkəran” Avstriyada keçiriləcək təlim-məşq toplanışına yolanacaq. Qərbi Avropa ölkəsində 15 gün qalacaq təmsilçimiz püşkatmanın nəticəsindən asılı olmayaraq, ayın 25-də Azərbaycana dönəcək və hazırlığın son hissəsini burada keçirəcək.


Son xəbərlər