“İnter” yerli futbolçu axtarışına çıxıb

“İnter” yerli futbolçu axtarışına çıxıb
XƏBƏR 31 May 2010 / 12:40 2450
-  A +

Ölkə çempionu “İnter” hazırda olsa da, transfer çalışmalarını davam etdirir. Qol.Az-ın məlumatına görə, adətən əcnəbi oyunçularının çoxluğu ilə fərqlənən paytaxt klubu bu yay yerli oyunçularla güclənməkdə maraqlıdı. Bu haqda “bankirlər”in meneceri Kamran İsmayılov məlumat verib. Onun sözlərinə görə, növbəti mövsümdən legionerlərə limit tətbiq ediləcəyindən, əsas diqqəti yerli futbolçuların transferinə yönəldiblər. Hazırda bir neçə futbolçu ilə danışıqlar aparan ölkə çempionunun rəsmiləri ad açıqlamaq istəmirlər. İsmayılovun sözlərinə görə, onlara şok transferlər yox, komandaya fayda verə biləcək oyunçuların gətirilməsi vacibdi: “Biz “İnter” klubu olaraq, heç vaxt ada önəm vermirik. Çalışırıq ki, səviyyəli yerli futbolçular transfer edək. Yeni gələnlər legionerlərlə rəqabətə tab gətirməlidirlər”.
Qeyd edək ki, ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “İnter” hazırlıqlara iyunun 7-dən etibarən başlayacaq. Kaxaber Sxadadze komandasını növbəti mövsümə və ÇL oyunlarına Bolqarıstanda hazırlayacaq.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı