"Qarabağ" 600-cü qolu buraxıb

"Qarabağ" 600-cü qolu buraxıb
PREMYER LİQA 28 Sentyabr 2018 / 12:03 2438
-  A +

Topaz Premyer Liqasının I turundan təxirə salınan “Qarabağ” – “Zirə” oyununda 3 xalı 3 qolla qazanan (3:2) meydan sahibləri iki uğursuz yubileyə də şahid olub.

Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, Mirsahib Abbasovun vurduğu 2-ci top Ağdam klubunun Azərbaycan çempionatları tarixində buraxdığı 600-cü qol kimi yadda qalıb. Əyalət təmsilçisi bu yubileyə 754-cü matçda üzülüb. Komanda orta hesabla hər matçda 0,80 top buraxıb.

Görüşdə buraxılan 2-ci top həm də çempionatlardakı ev oyunlarında “Qarabağ”ın qapısından keçən 250-ci qol kimi tarixə düşüb. Öz meydanında ən çox qol buraxan komanda olan Ağdam təmsilçisi 372 matçın hər birində orta hesabla 0,67 topa üzülüb.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın