"Qəbələ" - "Keşlə": 46-cı duel

"Qəbələ" - "Keşlə":  46-cı duel
PREMYER LİQA 27 Sentyabr 2018 / 22:38 2278
-  A +

Bu həftə Topaz Premyer Liqasında VI turun oyunları keçiriləcək.

Qol.az xəbər verir ki, “Qəbələ” sentyabrın 30-da öz meydanında “Keşlə” ilə qarşılaşacaq.

Qəbələ şəhər stadionunda keçiriləcək matç komandalar arasında 46-cı duel olacaq. İlk dəfə 2006/07 mövsümündə görüşən rəqiblər indiyədək 45 dəfə üz-üzə gəliblər. Bu görüşlərdə “Qəbələ” 14 qələbə qazanıb, 15 heç-heçə edib və 16 matçdan məğlub ayrılıb. Bu görüşlərdə paytaxt klubu 58, “qırmızı-qaralar” 47 qol sevinci yaşayıb. “Qəbələ”nin bu matçlardakı ən məhsuldar oyunçusu Daniel Subotiçdir. O, 5 dəfə fərqlənib.

İndiyədək keçirilən 45 matçdan 40-ı çempionat, 5-i kubok çərçivəsində baş tutub. Premyer Liqada 11 qələbəsi olan “qırmızı-qaralar” 15 heç-heçə edib və 14 dəfə uduzub. 40 dəfə rəqib qapısına yol tapan komanda 51 qol buraxıb.

23-cü dəfə “Keşlə”ni qonaq edəcək “Qəbələ” evdəki 22 matçda 8 dəfə qalib gəlib, 9 heç-heçə edib və 5 dəfə məğlub olub. Öz meydanında 26 top vuran "Qəbələ" 21 qol buraxıb.(gabalafc.az)


Son xəbərlər