Türklər də danışmağa başladı: “Azərbaycanda Biçər fırtınası”

Türklər də danışmağa başladı: “Azərbaycanda Biçər fırtınası”
XƏBƏR 31 May 2010 / 11:34 2397
-  A +

Həmyerlisi Bülənt Qorxmazın gedişindən sonra “Bakı”nın baş məşqçisi postuna keçən Cüneyt Biçər ölkəmizdə qazandığı uğurlar sayəsində gec də olsa, Türkiyədə də özündən bəhs etdirməyə başlayıb. Qol.Az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, qardaş ölkədən olan həmkarlarımız Cüneytin uğurlarına “Azərbaycanda Biçər fırtınası” adlı yazıyla toxunublar.
“Məşqçiliyə başlayandan cəmi 4 il sonra Azərbaycan Premyer Liqasının ən önəmli klublarından “Bakı’nın sükanı arxasına keçən izmirli Cüneyt Biçer, böyük bir uğura imza atdı. Hələ 35 yaşında belə önəmli bir vəzifənin öhdəsindən gələn Biçər, komandasını kubokda çempionluğa daşıyaraq, Azərbaycan kbuokunu qazanan ilk əcnəbi və ən gənc məşqçi olaraq ölkə futbol tarixinə düşdü. “Bakı” isə bu nəticə sayəsində Azərbaycanı önümüzdəki mövsüm UEFA Avrupa Liqasında təmsil etmək hüququ qazandı. Bülənt Qorxmazın istefasından sonra baş məşqçi postuna gətirilən Biçər, 8 çempionat oyununda 4 qalibiyyət ve 3 bərabərlik alaraq 13 xal toplarkən sadəcə 1 dəfə yenildi. 4-cü sırada aldığı komandanı mövsümün sonunda ikinciliyə daşımağı bacaran gənc çalışdırıcı, çempionluğu son həftədə əzəli rəqibi “İnter”ə qazandırdı və mövsümü bir xal fərqi ilə ikinci sırada tamamladı. Azerbaycan kubokunda isə yarımfinalda çempion “İnter”i mübarizədən kənarlaşdıran “Bakı” finalda “Xəzər Lənkəran”la qarşılaşdı. 26 min futbolsevərin izlədiyi zorlu mücadilədə güclü rəqibini 2-1 məğlub edən “Bakı” kuboku muzeyinə götürməyi bacardı”.
Türkiyəli həmraklarımız Biçərin öz fikirlərinə də yer verib: “Olayın gözəl yanlarından biri, bir ölkənin kubokunu qazanan ilk əcnəbi olma fərqini yaşamaq idi. Azərbaycanda bu gün Türk futbolundan bəhs edilirsə, bu bizim üçün çox xoşdu”.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın