"Çox qəliz zədədir, ehtiyatlı olmalıyam" - Miçel

"Çox qəliz zədədir, ehtiyatlı olmalıyam" - Miçel
MÜSAHİBƏ 26 Sentyabr 2018 / 23:26 3865
-  A +

"Qarabağ"ın futbolçusu Miçel Madera Topaz Premyer Liqanın 1-ci turundan təxirə salınmış oyunda "Zirə"ni 3:2 hesabı ilə məğlub etdikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, ispaniyalı yarımmüdafiəçi əvvəlcə qələbəni şərh edib.

- Növbəti 3 xalı qazandıq. Çətin oyun oldu. Məqsədimiz təxirə salınmış oyunda qələbə qazanaraq, "Neftçi" ilə xallarımızı bərabərləşdirmək idi. Bunu da bacardığımız üçün sevincliyəm.

- Ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsində “Atletiko”nun qapısına baş zərbəsi ilə qol vurmuşdunuz. Sizcə, bu mövsüm Avroliqada da fərqlənə biləcəksiniz?

- Zədə səbəbindən 1 ay yaşıl meydanlardan uzaq qaldım. Bu da öz təsirini göstərdi. İndi-indi oynamaq imkanı qazanmağa başlayıram. Məşqçimiz sağ olsun, mənə şans verir. Yəni, "ötən mövsüm qol vurdum, bu il də mütləq qol vurmalıyam" fikri ilə yaşamıram. Əsas istəyim necə olur-olsun, komandaya kömək etməkdir. İstər müdafiədə, istər qol ötürməsi ilə və s. Qol vursam, bu, daha gözəl olar. Əsas komandaya kömək etməkdir. Bunun üçün çalışmalıyam.

- Əvvəlki formaya düşməyiniz üçün nə qədər zamana ehtiyacınız var?

- Yavaş-yavaş yaxşıya doğru gedirəm. Elə bir zədə aldım ki, daha öncə də eyni yerdən zədələnmişdim. Bunun bərpası üçün qarın əzələlərini möhkəmləndirmək lazımdır. Ağrı hiss etsəm, bir həll yolu yoxdur. Çox incə və qəliz zədədir. Ehtiyatlı olmalıyam. Hər şey vəziyyətin gedişindən asılıdır.

- “Qarabağ” Avropa Liqasının qrup mərhələsinin “Arsenal”la oyununda bir xal qazansa, sevinəcəksiniz, ya qrupdan çıxmağı hədəflədiyiniz üçün xal itirdiyinizə üzüləcəksiniz?

- Nəzərə alsaq ki, “Arsenal” hər il Çempionlar Liqasında görməyə alışdığımız komandadır, heç-heçə olarsa, bunu müsbət qarşılamaq lazımdır. Amma istənilən halda, doğma meydanda bütün oyunlara qələbə istəyi ilə çıxırıq. Qalib gəlsək, lap əla olar. Amma 1 xalı da müsbət qarşılayacağıq.

Daha çox


Son xəbərlər