“Xəzər Lənkəran” İvan Svetkovla da yollarını ayırdı

“Xəzər Lənkəran” İvan Svetkovla da yollarını ayırdı
ÖLKƏ FUTBOLU 31 May 2010 / 11:01 2408
-  A +

“Xəzər Lənkəran”ın məşqçilər korpusu bolqarıstanlı İvan Svetkovla da yolları ayırmaq qərarına gəlib. Qol.Az-ın məlumatına görə, bu haqda klubun rəsmi internet saytı xəbər yayıb.
İki il öncə Lənkəran klubuna Türkiyə “Sivasspor”undan transfer olunan İvan Svetkovun Azərbaycanda debütü çox uğurlu alınsa da, forvard yavaş-yavaş formasını, konkret desək qol duyumunu itirdi. Müqayisə üçün qeyd edək ki, ölkəmizdə keçirdiyi ilk mövsümdə rəqibləri 15 dəfə məyus edən İvan son mövsüm az qala bütün oyunlarda start heyətində yer almasına baxmayaraq, cəmi altı qola imza atmağı bacardı. Bunda da onun komandanın ştatlı penaltiçisi olması böyük rol oynadı. Svetkovun inamsız oyunu mövsümün sonunda onu ehtiyat oyunçular skamyasının daimi sakininə çevirmişdi. Azarkeşlər isə bir vaxtlar ona qoyduğu “Qorxunc” ləqəbini unutmağa başladı. Bütün bunları nəzərə alan məşqçilər korpusu Svetkovla yolları ayırmaq qərarına gəlib.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın