"Hər şey planlaşdırdığımız kimi alındı" - Qurban Qurbanov

"Hər şey planlaşdırdığımız kimi alındı" - Qurban Qurbanov
PREMYER LİQA 26 Sentyabr 2018 / 22:48 3377
-  A +

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasında "Zirə"yə evdə 3:2 hesabı ilə qalib gəldikləri 1-ci turun təxirə salınmış görüşündən sonra mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə, o, əvvəlcə oyun haqda fikirlərini bildirib.

- Vacib 3 xal qazandıq. Hər şey planlaşdırdığımız kimi alındı. "Zirə" çox yaxşı oyun göstərdi. Bugünkü oyuna görə, onlar layiqli yerlərində deyillər. İnanıram ki, qarşıdakı oyunlarda daha yaxşı "Zirə" görəcəyik. Futbolçularımızı təbrik edirəm. İlin sonunadək həddən artıq sıx qrafikdəyik.  İş rejimimizi daha da yaxşılaşdırmalıyıq. Bəlkə də ən çox peşəkar olduğumuz bu il olmalıdır. İnanıram ki, futbolçularımız bu çətin işin öhdəsindən gələcək.


- Rəqib autsayderdir və  2 qol buraxdınız.

- Hiss olundu ki, komandamız 2:0-dan sonra rahatlaşdı. Mirsahib Abbasov gözəl qol vurdu. Xeyli qol imkanından istifadə edə bilmədik. Tez toparlandıq və futbolçularımız 3 xalı əldən vermədilər.

- Bu gün qapıda Hannes Halldorsona yer verdiniz. Razı qaldınız?

- Qolların hər ikisi çox gözəl oldu. İnanmıram ki, qapıçılıq bir şey olsun. Hər 3 qapıçıya əsas qapıçı kimi baxıram.

- Bu gün daha çox əsas heyət oyunçusu meydanda oldu...

- Əvvəlki oyunda xeyli futbolçuya istirahət vermişdik. Bu gün oynamayanları meydana buraxmışdıq. İstəmirdik ki, çox formadan düşsünlər. Bəli, əsas heyət oyunçusu bu gün çox idi. Yenə heyəti necə qurmağımızla bağlı düşünməmiz lazım olacaq.

- "Keşlə" ilə oktyabrın 6-dakı matçı təxirə salacaqsınız?

- Oyunların təxirə salınmasını xoşlamıram. Ancaq oktyabrın 4-də "Arsenal"la oynayırıq.  Bundan 2 gün sonra oynaya bilmərik. 7-nə keçirsək, millinin oyuna hazırlaşmağa 4 gün vaxtımız olacaq. Sabahdan təxirə salınma ilə bağlı müraciət edəcəyik. Çox istəyirik, oynayaq. Ancaq bu, elə bir an oldu ki, 2 gün sonra oynamaq mümkün deyil. Həm "Keşlə", həm də PFL-dən xahiş edəcəyik ki, oyun təxirə salınsın.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki