Elvin Məmmədov Qurban Qurbanovun əsas izləyicisi oldu

Elvin Məmmədov Qurban Qurbanovun əsas izləyicisi oldu
ÖLKƏ FUTBOLU 30 May 2010 / 17:10 3102
-  A +

Azərbaycan milli komandasının Makedoniya yığması ilə yoldaşlıq oyunu Elvin Məmmədov üçün də əlamətdar olub. Qol.Az-ın məlumatına görə, 22 yaşlı yarımmüdafiəçi bu oyunda komandamızın təssəli qoluna imza atmaqla yığmamızda vurduğu qolların sayını 6-ya çatdırıb. O, yığmamızın buna nail olan, yəni ən azı 6 dəfə fərqlənən 4-cü oyunçusu olub. Eyni sayda qola imza atan digər 2 futbolçu ilə müqayisədə az oyun keçirən Elvin bombardirlər siyahısında 2-ci pilləyə yüksəlib. Məmmədov çıxış etdiyi “Qarabağ” klubundakı baş məşqçisi Qurban Qurbanovun başçılıq etdiyi siyahıda Branimir Subaşiç və Zaur Tağızadəylə qol sayını eyniləşdirib.

Azərbaycan milli komandasında ən azı 6 qol vuranlar

yer  futbolçu             oyun    qol

1   Qurban Qurbanov   67     14
2   Elvin Məmmədov     20      6
3   Branimir Subaşiç    26      6
4   Zaur Tağızadə        40      6

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı