"Mançester Yunayted" Poqbaya qiymət qoydu

"Mançester Yunayted" Poqbaya qiymət qoydu
DÜNYA FUTBOLU 26 Sentyabr 2018 / 12:59 5399
-  A +

"Mançester Yunayted" satmağa qərar verdiyi futbolçusu Pol Poqbanın təzminat qiymətini müəyyənləşdirib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, klub fransalı yarımmüdafiəçiyə 224 milyon avro qiymət qoyub.

Qeyd edək ki, "MY"nın baş məşqçisi Joze Mourinyo ilə münasibətləri yaxşı olmayan P.Poqbanın bu qış satışa çıxarılacağı gözlənilir. Onunla "Barselona"nın maraqlandığı iddia olunur.

Xatırladaq ki, Poqba 2016-cı ildə 105 milyon avroya “Yuventus”dan  “Mançester Yunayted”ə  keçib.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı