Premyer Liqamızın təmsilçiləri BƏƏ-yə uduzdu

XƏBƏR 30 May 2010 / 17:01 1786
-  A +

Mayın 26-da millimizlə yoldaşlıq oyununda qüvvəsini sınayan Moldova yığması növbəti yoxlama oyununu keçirib. Qol.Az-ın məlumatına görə, Berti Foqtsun komandasıyla "sülh" bağlayan (1:1) Qabi Balintin yetirmələri Birləşmiş Ərəb Əmirliklərinə yenilib - 2:3.
Balint "Bakı"nın müdafiəçisi Aleksey Savinova start heyətində yer verib. O, qarşılaşmanın 63-cü dəqiqəsində Simion Bulqaru tərəfindən əvəzlənib. "Bakı"nın hücumçusu Vyaçeslav Sofroni və "Xəzər Lənkəran"dan kənarlaşdırılan Denis Kalinkov isə start heyətində meydana çıxmayıb. Baş məşqçi Kalinkovu 58-ci dəqiqədə Andrey Kojokarinin, Sofronini isə 75-ci dəqiqədə Sergey Dadunun yerinə meydana buraxıb. Millimizlə oyunda meydana çıxan Anatoli Doroşun adı isə bu dəfə heç "18-liy"ə də salınmayıb.

 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki