Mourinyo Poqbanı kapitanlıqdan məhrum etdi - satır

Mourinyo Poqbanı kapitanlıqdan məhrum etdi - satır
DÜNYA FUTBOLU 25 Sentyabr 2018 / 21:08 4992
-  A +

"Mançester Yunayted"ın baş məşqçisi Joze Mourinyo futbolçusu Pol Poqbanın satılmasına qərar verib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, buna səbəb ikili arasında münasibətlərin yaxşı olmamağıdır. Ölkə çempionatında "Volverhempton"la 1:1 hesablı bərabərlikdən sonra Mourinyo ilə Poqba arasında mübahisə olub. Fransalı yarımmüdafiəçinin açıqlamasında komandanın daha çox hücumda oynamalı olduğunu deməsi portuqaliyalı mütəxəssisi daha da əsəbiləşdirib. Onun Poqbadan kapitanlıq sarğısını aldığı və yanvarda satılmasına qərar verdiyi iddia olunub.

Qeyd edək ki, Poqbanın "Barselona"ya transfer olunacağı gözlənilir.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı