"Zirə"nin "Qarabağ"la 13-cü dueli

"Zirə"nin "Qarabağ"la 13-cü dueli
PREMYER LİQA 25 Sentyabr 2018 / 18:05 2519
-  A +

Sabah Topaz Premyer Liqasının I turundan təxirə salınan oyunda “Zirə” səfərdə “Qarabağ”la qarşılaşacaq.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, "qartallar" Ağdam klubu ilə tarixində 13-cü dəfə üz-üzə gələcək. İlk dəfə 2015/16 mövsümündə qarşılaşan komandalar indiyədək yalnız Premyer Liqada görüşüblər. Əvvəlki üç mövsümdə “Qarabağ” 9 qələbə qazanıbsa, 3 matç heç-heçə başa çatıb.

Top fərqində də üstünlük Qurban Qurbanovun komandasının tərəfindədir – 21:4. “Zirə” səfərdəki 6 matçda 1 heç-heçə edib və 5 dəfə məğlub olub. Rəqib meydanında 1 top vuran paytaxt təmsilçisi 12 qol buraxıb.

Qeyd edək ki, "Qarabağ" - "Zirə" oyunu 20:00-da başlayacaq.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki