Qurbanov 8, Bordin 7 pillə irəlilədi - dünya reytinqi

Qurbanov 8, Bordin 7 pillə irəlilədi - dünya reytinqi
ÖLKƏ FUTBOLU 25 Sentyabr 2018 / 17:47 4819
-  A +

Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

Qol.az-ın "World Coach Ranking" saytına istinadən yaydığı xəbərə görə, siyahıda Azərbaycandan 2 məşqçi - Qurban Qurbanovla Roberto Bordinin adı yer alıb.

İki mütəxəssis arasında ən yaxşı nəticə "Neftçi"nin çalışdırıcısına məxsusdur. 7 pillə irəliləyən italiyalı məşqçi 1116 xalla 447-ci sırada qərarlaşıb. Ehtiyatında 1077 xalı olan millimiz və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov isə 461-cidir. O, ötən siyahı ilə müqayisədə 8 pillə irəliləyib.

Qeyd edək ki, siyahıya "Barselona"nın baş məşqçisi Ernesto Valverde başçılıq edir. "Real"ın sabiq baş məşqçisi Zinəddin Zidan 2-ci, "Atletiko"nun çalışdırıcısı Diqeo Simeone isə 3-cüdür.

Daha çox


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"