Fiziki təzyiqə məruz qalan Rəhim Həsənov olub

Fiziki təzyiqə məruz qalan Rəhim Həsənov olub
XƏBƏR 25 Sentyabr 2018 / 14:48 2446
-  A +

AFFA İntizam Komitəsi bu gün “Sumqayıt”ın məşqçisi Anton Dioçenkonu 10 oyunluq cəzalandırıb.

Qol.az-ın xəbərinə görə, buna onu Topaz Premyer Liqanın 5-ci turunun səfərdə “Keşlə”ylə matçdan sonra hakimə qarşı fiziki təsir gösntərməsi səbəb olub. Klub isə ukraynalı fiziki hazırlıq üzrə məşqçiyə görə 8000 manat cərimə ödəyəcək.

Həmin matçın baş hakimi Orxan Məmmədov onlara danışmaq qadağası tətbiq edildiyini bildirərək açıqlama verməyib.

Qol.az-ın əldə etdiyi xəbərə görə isə, fiziki təzyiqə məruz qalan matçın dördüncü hakimi Rəhim Həsənov olub. Hakimlərdən narazı qalan ukraynalı məşqçi FİFA referisini itələyib.

AFFA İntizam Komitəsinin qaydalarına görə, bu, fiziki təzyiq olduğundan Anton Dioçenkoya sərt cəza kəsilib.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın