Ruslan Abışovla Kamran Ağayev alman klublarının maraq dairəsində

Ruslan Abışovla Kamran Ağayev alman klublarının maraq dairəsində
XƏBƏR 30 May 2010 / 14:02 2817
-  A +

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan yığmasının dünən keçirdiyi Makedoniya ilə yoldaşlıq görüşünü (1:3) almaniyalı menecerlər də izləyib. Qol.Az-ın “Apasport”a istinadən məlumatına görə, onların arasında Düsseldorfun “Fortuna” klubunun nümayəndəsi Volf Verner də olub. Verner milli komandamızın futbolçularını izləmək üçün Avstriya yollanıb.
Məlumata görə, alman menecerin maraq dairəsinə düşən futbolçu “Neftçi” klubunun müdafiəçisi Ruslan Abışovdur. “Fortuna”ya dayaq yarımmüdafiəçisi lazım olduğundan, Berti Foqts Moldova ilə 3 gün əvvəlki qarşılaşmada gənc futbolçunu məhz bu mövqedə sınamışdı.
Kamran Ağayev də şərəfini qoruduğu “Xəzər Lənkəran” klubundan ayrıla bilər. Almaniya mətbuatının yaydığı xəbərə görə, milli komandamızın qapıçısı “Herta” klubunun maraq dairəsinə düşüb. Almaniyalı həmkarlarımızın yazdığına inansaq, yığmamızın baş məşqçisi Berti Foqts Ağayevi ikinci Bundesliqada mübarizə aparan “Herta” klubundakı həmkarlarına məsləhət görüb. Kamran isə bir müddət öncə “Xəzər Lənkəran”la iki illik yeni müqavilə bağlayıb.

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın