"Qarabağ"la oyunu buraxacaqlar - "Arsenal" təsdiqlədi

"Qarabağ"la oyunu buraxacaqlar - "Arsenal" təsdiqlədi
ÖLKƏ FUTBOLU 25 Sentyabr 2018 / 13:49 3982
-  A +

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən "Arsenal"da zədəli futbolçuların son durumuna aydınlıq gəlib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Henrik Mxitaryan, Sokratis Papastatopulos, Sead Kolaşinaç və Karl Cenkinson artıq sıraya qayıdıblar. Bu futbolçuların sentyabrın 29-da İngiltərə Premyer Liqasının 7-ci turunda "Uotford"la matçda forma geyinə biləcəkləri bildirilib.

Digər zədəlilər Loran Koselni, Dinos Mavropanos və Enzli Meytlend-Naylz isə hələ bir müddət də gözləməli olacaqlar. Meytlend-Naylz oktyabrın, digər ikisi isə ən yaxşı halda noyabrın əvvələrində meydana çıxa biləcəklər. Bu isə o deməkdir ki, hər 3 futbolçu "Arsenal"ın Avropa Liqasının qrup mərhələsinin ikinci turunda "Qarabağ"la Bakıda keçirəcəyi oyunu buraxacaqlar.

Qeyd edək ki, oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Arsenal" matçı 20:55-də başlayacaq.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı