"Ronaldo bir gün həmişəlik "Real"a qayıdacaq" - Peres

"Ronaldo bir gün həmişəlik "Real"a qayıdacaq" -  Peres
DÜNYA FUTBOLU 25 Sentyabr 2018 / 13:15 3949
-  A +

“Real “ın prezidenti  Florentino Peres FİFA-nın ilin ən yaxşılarını seçdiyi  “The Best” tədbirində  Kriştiano Ronaldo barədə açıqlama verib.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, klub rəhbəri açıqlamasında “Real”ın Ronaldonun evi olduğunu bildirib.

O, fikirlərinə əlavə edib: “Ronaldo bütün “Real" azarkeşlərinin qəlbindədir. Mükafatlandırma mərasiminə gəlsəydi, onu qucaqlayacaqdım. Ronaldo bir gün həmişəlik "Real"a qayıdacaq".

Qeyd edək ki, portuqaliyalı futbolçu yay fasiləsində İtaliyanın “Yuventus” klubuna transfer olunub.

Son xəbərlər