"Sumqayıt"ın məşqçisindən hakimə fiziki təzyiq – 10 oyunluq cəza aldı

"Sumqayıt"ın məşqçisindən hakimə fiziki təzyiq – 10 oyunluq cəza aldı
ÖLKƏ FUTBOLU 25 Sentyabr 2018 / 12:54 2591
-  A +

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Topaz Premyer Liqanın 5-ci turunda keçirilən digər oyunlar zamanı yaşanan qayda pozuntuları da müzakirə olunub.

Qol.az-ın PFL-in rəsmi saytına istinadən yaydığı xəbərə görə, "Keşlə” – “Sumqayıt” matçının 90+2-ci dəqiqəsində paytaxt klubunun hücumçusu Andre Klennon ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Oyun başa çatdıqdan sonra “Sumqayıt”ın məşqçisi Anton Dioçenko aqressiv davranış, hakimə qarşı fiziki təsir göstərdiyinə görə 10 oyunluq cəzalandırılıb. Klub isə ukraynalı fiziki hazırlıq üzrə məşqçiyə görə 8000 manat cərimə ödəməli olacaq.

Turun “Qarabağ” – “Qəbələ” matçının 90+2-ci dəqiqəsində qonaq komandanın yarımmüdafiəçisi Təmkin Xəlilzadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçuya 2 oyun cəza verilib, klub isə 1600 manat məbləğində cərimələnib.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı