AFFA Samir Abasovla Bordini cəzalandırdı

AFFA Samir Abasovla Bordini cəzalandırdı
PREMYER LİQA 25 Sentyabr 2018 / 12:40 2879
-  A +

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Qol.az-ın PFL-in rəsmi saytına istinadən yaydığı xəbərə görə, iclasda Topaz Premyer Liqanın 5-ci turunun “Zirə” – “Neftçi” matçında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.
Görüşün 45-ci dəqiqəsində meydan sahibi və qonaq komandanın baş məşqçiləri Samir Abasov və Roberto Bordin bir-biriləri ilə sərt mübahisə etdiklərinə görə texniki zonadan kənarlaşdırılıblar. Bu səbəbdən hər iki məşqçi 1 oyunluq cəzalanıb,  klublar isə 800 manat cərimə olunublar.

Bundan başqa, oyunsonrası mətbuat konfransında matçın 4-cü hakimi  haqqında ironiya ilə danışdığına Samir Abasova xəbərdarlıq olunub. İK bu hal yenidən baş verəcəyi təqdirdə məşqçini cəzalandıracağını açıqlayıb.

Qeyd edək ki, "Zirə" - "Neftçi" qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.


Son xəbərlər